Avtomobil nəhəngi Volkswagen, Aşağı Saksoniyanın Osnabrük şəhərindəki zavodunda müdafiə sənayesi şirkətləri ilə hərbi məhsullar istehsal etmək imkanlarını müzakirə edir. Bu barədə Volkswagen-in sədri Oliver Blume Bild qəzetinə verdiyi müsahibədə bildirib.
Blume bildirib ki, “2027-ci ildən etibarən Osnabrükdə artıq Volkswagen Group məhsullarını istehsal etməyəcəyik və buna görə də müdafiə sənayesi şirkətləri ilə intensiv müzakirələr aparırıq”. O, zavodun gələcəyi ilə bağlı qərarın 2026-cı ildə veriləcəyinə əminliyini ifadə edib. “Hökumətimiz ölkəmizi müdafiəyə hazır etmək üçün aydın bir məqsəd qoyub. Avtomatlaşdırma sahəsindəki təcrübəmizi və Osnabrükdəki işçilərimizin ixtisaslarını nəzərə alsaq, burada biliklərimizi artırmaq üçün əhəmiyyətli bir fürsət görürük”.
“Biz silah istehsal etməyəcəyik”, – deyə o əmin etdi. Konsernin rəhbəri hesab edir ki, mümkün istiqamətlərdən biri “hərbi nəqliyyat” üçün avadanlıq istehsalı ola bilər. Blume qeyd etdi ki, “söhbət tanklardan getmir”. (Tass)
