Volqoqrad hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə avqustun 22-də Rosaviatsiya nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.
“Volqoqrad hava limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – o yazıb.
Korenyako xatırladıb ki, uçuşların təhlükəsizliyini təmin etmək üçün məhdudlaşdırıcı tədbirlər görülməlidir.(İzvestiya)
