Avropa İttifaqının 2028-2034-cü illər üçün yeddi illik büdcəsində hərbi xərclər 200 milyard avronu keçəcək. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ankarada NATO sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.
“Aİ-nin yeni çoxillik büdcəsinə hərbi imkanlar üçün 131 milyard avro və hərbi mobillik üçün (Avropa boyunca hərbi yüklərin və ağır hərbi texnikanın daşınması üçün yolların, körpülərin və tunellərin modernləşdirilməsi – TASS qeydi) 71 milyard avro ayrılacaq”, – deyə fon der Leyen bildirib.
O, həmçinin Aİ ölkələrinin hərbi xərclərini dəstəkləmək üçün Aİ proqramlarını xatırlatdı və onun fikrincə, bu proqramlar 2030-cu ilə qədər Aİ daxilində hərbi ehtiyaclar üçün 950 milyard avroya qədər vəsait cəlb edə bilər.
2028-2034-cü illər üçün nəzərdə tutulmuş yeddi illik Aİ büdcəsi icma tarixində bu qədər əhəmiyyətli hərbi xərclərə malik ilk büdcə olacaq. (Tass)
