İyun 12, 2026-22:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Gülməmmədov: “Büdcədə dövlət proqramları və strateji sənədlərin nəticəliliyi geniş verilsin”

2026:06:12 - 13:16
in İQTİSADİYYAT
A A
Hesablama Palatası büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edir.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub. “Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9 % azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənməyib. 2018-ci ildən başlayaraq büdcədə neft sektorunun payında qismən azalma müşahidə edilmişdir. Ötən il bu rəqəm 48,1 %-ə düşüb. Daha bir göstərici odur ki, Dövlət Neft Fondundan transfertin qurumun gəlirlərinə nisbət göstəricisi 84,3 %-ə çatıb”.

V.Gülməmmədov əlavə edib ki, Ortamüddətli Xərclər Çərçivəsi islahatının tempini nəzərə alsaq dövlət proqramlılığı institutunun 2021-ci ildə yaradılmış yeni formatının daha aktiv şəkil aldığını qeyd etmək olar: “Nəticədə qeyd edilən tarixdən cari dövrə qədər (son 5 ildə) bu “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirmə” əsasında 15 dövlət proqramı həmçinin, 6 strategiya, 2 konsepsiya və 3 fəaliyyət planı, ümumilikdə 26 sənəd qəbul edilib.

2025-ci ildə istər bu Qayda əsasında, istərsə də əvvəlki dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarının icrası bitib. İcrası bitən (8) dövlət proqramı və digər (3) strateji sənədlərin heç də hamısı haqqında büdcə zərfində məlumatlara rast gəlinməyib. Digər tərəfdən, proqramlarla bağlı təqdim edilən informasiya yalnız bir il üzrə maliyyələşdirmənin (büdcədə göstərilən 6 mlrd. manatlıq proqramlılıq) izahını özündə əks etdirir. Apardığımız hesablamalar dövlət büdcəsində proqramlılara 6,1 milyard manatdan çox vəsait yönəldiyini deməyə imkan verir”.

Əvvəlki Yazı

İsveç Rusiya ilə NATO arasında hərbi əməliyyatların nisbətən tezliklə başlaya biləcəyini bildirib

Növbəti Yazı

Paşinyan Rusiya Günü münasibətilə Putinə təbrik mesajı göndərib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.