İyun 18, 2026-5:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Gülməmmədov: “Büdcədə gəlirlər hər il proqnozu üstələyir, xərclər proqnozdan az icra edilir”

2026:06:09 - 13:20
in İQTİSADİYYAT
A A

Son illər dövlət büdcəsi ilə bağlı diqqət çəkən məqam, gəlirlərinin hər il proqnozu üstələməsi, xərclərin isə proqnozdan az icra edilməsidir.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu tendensiya 2025-ci ilin dövlət büdcəsinə də müşahidə edilib, nəticədə 3,1 milyard manat defisit proqnozuna qarşı 580 milyon manat profisit qeydə alınıb: “Gəlirlərin proqnozdan yüksək icrası fonunda xərclərin proqnozdan aşağı icrası, bununla da profisitin əldə olunması fiskal dayanıqlılıq baxımından müsbət qiymətləndirilsə də, beynəlxalq fiskal idarəetmə təcrübəsinə görə, büdcə xərclərinin planlaşdırılan səviyyədən əhəmiyyətli dərəcədə (yəni 5 %-dən aşağı icrası) büdcə planlaşmasının qiymətləndirilməsi baxımından əlavə təhlil tələb edən məqamlardandır”.

Sədr əlavə edib ki, ümumilikdə hesabat ilində icra edilməyən xərclərin məbləği 2,8 milyard manat təşkil edib: “Bu məbləğlərin təsnifatlar üzrə təhlilini aparmışıq. Təhlil göstərir ki, icra edilməyən xərclərdə inzibati təsnifat üzrə icra bölüşdürülməyən xərclərin, funksional təsnifat üzrə iqtisadi fəaliyyət bölməsinin, iqtisadi təsnifat üzrə isə qeyri-maliyyə aktivlərin payı üstünlük təşkil edir. Bu il ilk dəfə olaraq qurumlar tərəfindən təqdim edilmiş məlumatların müvafiq informasiya sistemi üzrə yığılmasını və emalını həyata keçirməyə çalışmışıq. Məlumatların təhlili göstərir ki, iqtisadi təsnifatın malların satın alınması və qeyri-maliyyə aktivləri bölməsi tərkibinin 64 istiqaməti üzrə ümumilikdə 927 halda icra 0 %, 1 101 halda isə 50 %-ə kimi olub”.

Əvvəlki Yazı

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Növbəti Yazı

Sabah 33 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.