Vyetnamın İctimai Təhlükəsizlik Naziri Luonq Tam Kuanq hökumət adından Milli Assambleyaya (birpalatalı parlament) Cinayət Məcəlləsinə müəyyən cinayətlərə görə ölüm hökmünü ləğv edən dəyişikliklər təklif edən qanun layihəsi təqdim edib. Bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.
Hazırkı Cinayət Məcəlləsində ölüm cəzasının tətbiq edilə biləcəyi 10 cinayət kateqoriyası müəyyən edilib. Hökumət altı cinayətə görə ölüm cəzasının ləğv edilməsini təklif edir: üsyan, 16 yaşına çatmamış şəxsə təcavüz, narkotik qaçaqmalçılığı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və xalq idarəçiliyinə qarşı çıxmağa yönəlmiş ekstremist hərəkətlər. Beləliklə, ölüm cəzası dörd cinayətə görə qalacaq: xəyanət, qətl, terrorizm və qanunsuz narkotik istehsalı. Cinayət Məcəlləsinin yeni versiyasının oktyabr ayında Milli Assambleyanın növbəti iclasında təsdiqlənməsi və 1 mart 2027-ci ildə qüvvəyə minməsi gözlənilir.
