Vyetnam Sosialist Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər zamanın sınağından çıxmışdır və qardaşlıq xarakteri daşıyır. Bunu Vyetnam prezidenti Luonq Kuonq Rusiya lideri Vladimir Putinlə görüşdə deyib.
“Biz Rusiya ilə ənənəvi dostluq münasibətlərinə ardıcıl olaraq böyük əhəmiyyət veririk; bunlar artıq zamanın sınağından çıxmış qardaşlıq münasibətləridir”, – Vyetnam Prezidenti deyib. (Tass)
