May 22, 2026-20:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

WUF Akademiyası: Yekun və perspektivlər – bağlanış mərasimi

2026:05:22 - 14:39
in SOSİAL
A A

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində WUF Akademiyasının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilmiş yekun müzakirə “Campus” proqramı zamanı formalaşan əsas nəticələri ümumiləşdirəcək və bununla da mənzil təminatı və şəhərsalma sahəsində tədqiqat, tərəfdaşlıq və potensialın inkişafı üzrə gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

WUF Academy-nin ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən yekun sessiyasında çıxış edən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin dosenti Anar Vəliyev bildirib ki, proqramın əsas məqsədi şəhərsalma və mənzil siyasəti üzrə tədqiqat, əməkdaşlıq və kadr hazırlığı sahələrində ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.

Anar Vəliyev qeyd edib ki, “WUF Academy” çərçivəsində keçirilən müzakirələr boyunca müxtəlif ölkələrdən iştirakçılar urban inkişaf, innovativ yanaşmalar və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı ideyalarını bölüşüblər. Onun sözlərinə görə, ADA Universiteti bu prosesdə müşahidəçi qismində iştirak edərək əsas təklif və nəticələrin toplanmasına və təhlilinə töhfə verib.

Anar Vəliyev vurğulayıb ki, akademiya çərçivəsində aparılan müzakirələr təkcə nəzəri yanaşmalarla məhdudlaşmayıb, həm də praktiki fəaliyyət planının hazırlanmasına xidmət edib. O əlavə edib ki, tələbələr və tədqiqatçılar tərəfindən təqdim olunan nəticələr gələcəkdə birgə tədqiqat gündəliyinin formalaşmasına zəmin yarada bilər.

Onun sözlərinə görə, bu formatın əsas üstünlüyü müxtəlif regionlardan və sahələrdən olan ekspertlərin bir araya gələrək şəhərsalma sahəsində aktual çağırışları və innovativ həlləri birgə müzakirə etməsidir.

Əvvəlki Yazı

Karapetyan KTMT-dən çıxmağa hazır olduğunu açıqladı

Növbəti Yazı

Aİ: Aİ xarici işlər nazirləri 27-28 may tarixlərində keçiriləcək görüşdə İsrailə qarşı sanksiyalar tətbiq etməyəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.