May 22, 2026-22:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

WUF13 çərçivəsində “Mikro sənətdən memarlığa” adlı tematik sərgi açılıb

2026:05:19 - 10:47
in MƏDƏNİYYƏT
A A

“WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Bakı şəhərsalma həftəsi” çərçivəsində “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi tərəfindən qlobal şəhərsalma fəlsəfəsinə yeni baxış bucağı gətirən “Mikro sənətdən memarlığa” adlı tematik sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi, tarixi irsi statik arxiv materialından çıxarıb, müasir şəhərlərin gələcək simasını müəyyən edən dinamik layihə resursuna çevirmək konsepsiyası ilə iştirakçıların böyük marağına səbəb olub.

Tədbir zamanı araşdırmaçı-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı ziyarətçilərə yeni şəhərsalma və memarlıq epoxasında xalqların zəngin mədəni irs xəzinəsindəki xarakterik elementlərinin yaşadılmasının həyati vacibliyindən danışıb. Sənətkar vurğulayıb ki, XXI əsr Azərbaycan mücrülərində və el sənəti nümunələrində tətbiq edilən riyazi nisbətlər, ornament simmetriyası və konstruktiv həllər, sadəcə dekorativ obyektlər deyil, gələcəkdə inşa ediləcək irimiqyaslı binaların və şəhər simvollarının konseptual təməli, vizual yol xəritəsidir. Bu yanaşma memarlara tarixi yaddaşın ən kiçik fraqmentini böyük bir şəhərsalma kompleksinin vizual nüvəsinə çevirməyi təklif edir.

İctimai Birliyin Sənətdə yeni texnologiyalar və innovasiyalar departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafik dizayner Toğrul Sərdarlı isə sərgi iştirakçılarına ən müasir texnologiyalarla istənilən mədəni irs elementlərini memarlığa transformasiya etmək üçün yaratdıqları xüsusi elmi metodologiyanın mahiyyətindən bəhs edib. T.Sərdarlı rəqəmsal bərpa və yüksəkdəqiqlikli 3D mühəndislik vasitəsilə tarixi və dağıdılmış abidələrin “memarlıq genetikası”nın müasir şəhər mühitinə necə uğurla adaptasiya edildiyini və gələcək nəsillərə qüsursuz şəkildə ötürülməsi yollarını əyani şəkildə nümayiş etdirib.

Sərgidə formatına görə dünyada yeganə olan “Sərdar Sandıq Mücrü Ocağı”nın təqdim etdiyi institusional model yüksək qiymətləndirilib. Bildirilib ki, itirilmiş qədim incilərin adını və fəlsəfəsini yaşadan bu ocaq, UNESCO-nun mədəni yaddaşın mühafizəsi çağırışlarına və müasir ekoloji, dayanıqlı şəhərsalma tələblərinə verilən ən praktiki cavabdır.

Əvvəlki Yazı

Ştutqartda keçirilən Türk Mədəniyyəti Günlərində Azərbaycanın milli-mədəni irsi də təqdim edilib

Növbəti Yazı

Azərbaycanın novator şairi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.