Hər bir xal götürqlməmişdən öncə mütləq dermatoskopik müayinədən keçməlidir. Müayinə zamanı xalın pigmentasiyası, strukturu, damarların quruluşu müəyyən olunur. Qısacası deyilsə, xalən xoş və yaxud bəd xassəli olması müəyyənləşir.
Dermatoskopik müayinə zamanı hər hansı bir şübhə yaranırsa, xallar mütləq qaydada cərrahi üsulla götürülərək biopsiyaya göndərilir. Buna görə də xalların götürülməsi mütləq qaydada mütəxəssis-dermatoloqlar tərəfindən həyata keçirilməlidir.
Dermatoloq-kosmetoloq Gülşən Əzizova