İyul 19, 2026-22:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi “Baku Steel Company”nin dəstəyi ilə yenilənəcək

2026:07:16 - 11:28
in GÜNDƏM
A A

“Baku Steel Company” (BSC) QSC ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyinin yenilənməsi və rəqəmsallaşdırılması layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və BSC-nin Baş direktoru Kamal İbrahimov imzalayıblar.

Layihə çərçivəsində ev-muzeyin ekspozisiya məkanları, texniki infrastrukturu və memorial sahələri müasir muzey standartlarına uyğun yenilənəcək. Məqsəd Tahir Salahovun zəngin bədii irsinin qorunması, daha müasir təqdimat vasitələri ilə geniş auditoriyaya çatdırılması və ziyarətçilər üçün interaktiv muzey təcrübəsinin yaradılmasıdır.

Memorandumun imzalanması ilə bağlı çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Xalq rəssamı Tahir Salahovun Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, sənətkarın ev-muzeyinin müasir yanaşmalar əsasında yenilənməsi onun irsinin qorunması və daha geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

BSC-nin Baş direktoru Kamal İbrahimov isə vurğulayıb ki, Tahir Salahov Azərbaycan təsviri incəsənətinin ən görkəmli nümayəndələrindən biri kimi milli mədəni irsimizin dünyada tanıdılmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, sənətkarın zəngin yaradıcılığının qorunaraq müasir təqdimat vasitələri ilə gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. BSC milli-mədəni dəyərlərin qorunmasına və təbliğinə yönələn təşəbbüslərə dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir.Azərtac.

Əvvəlki Yazı

Azərbaycan şəhərsalma məktəbinin görkəmli nümayəndəsi – Rasim Əliyev

Növbəti Yazı

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.