İranın Ali Lideri Müctəba Xamenei əvvəlcə ABŞ ilə danışıqlara və razılaşmaya qarşı olduğunu, lakin prezident Məsud Pezeşkyan onu başqa cür inandırdığını bildirib.
“Şəxsən mən prinsipcə fərqli bir fikirdə idim, amma hörmətli prezidentin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi öz adından və şuranın digər üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunması üçün mənə verdiyi zəmanətləri, eləcə də bunun üçün məsuliyyət daşımağa hazır olduğunu nəzərə alaraq razılığımı verdim”, – deyə o, xalqa müraciətində bildirib.
