İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei atasının varisi olmaq üçün ən çox ehtimal olunan namizəd kimi ortaya çıxıb. Bu iddianı ” The New York Times ” (NYT) qəzeti İran rəsmilərinə istinadən yayıb.
Onlar bildiriblər ki, Ekspertlər Şurası 4 mart səhəri 56 yaşlı Mojtaba Xameneini yeni ali lider elan etməyə hazırdır, lakin bəzi şura üzvləri bunun onu ABŞ və İsrail hücumlarının hədəfinə çevirəcəyindən narahatlıqlarını bildiriblər.
Çərşənbə axşamı günü Qumdakı Ekspertlər Şurasının ofisi İsrail tərəfindən hücuma məruz qalıb. Bina əvvəlcədən təxliyə edilib və heç kim xəsarət almayıb. “New York Times” qəzetinin məlumatına görə, yeni Ali Liderin namizədliyini müzakirə etmək üçün görüşlər çərşənbə axşamı səhər və axşam uzaqdan keçirilib. (Tass)
