İyun 28, 2026-7:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Xankəndidə “Kənddən Şəhərə” Novruz yarmarkası keçirilir

2026:03:16 - 11:14
in İQTİSADİYYAT
A A
Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 17-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil edib.

“Report”un Qarabağ bürosu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu, Xankəndidə keçirilən sayca 9-cu yarmarkadır.

Yarmarkanın əsas məqsədi bayram günlərində sakinlərin münasib qiymətlərlə təbii, yerli kənd təsərrüfatı məhsullarını əldə etməsinə yardımçı olmaq, eyni zamanda yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış imkanı yaratmaqdır.

“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin üzvü Faiq Hüseynov bildirib ki, yarmarkada fermerlər tərəfindən 40 müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satışa çıxarılıb: “Ümumilikdə “Aqrar Tədarük və Təchizat” 12 məntəqədə Novruz yarmarkaları təşkil edib. İşğaldan azad olunmuş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqət mərkəzində saxlanılır”.

O qeyd edib ki, Cəbrayıl rayonunun Horovlu və Zəngilan rayonunun Ağalı kəndlərində də ilk dəfə olaraq “Kənddən Şəhərə” Novruz yarmarkası keçiriləcək: “Cəbrayılda martin 16-sı, Zəngilanda isə martin 17-si bayram yarmarkası fəaliyyət göstərəcək”.

Əvvəlki Yazı

“Abşeron” yatağında ikinci mərhələ üzrə təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb

Növbəti Yazı

Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvotanın 90%-i tamamlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.