Dəməşqin yeni hakimiyyət orqanları Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan balanslı münasibətlərə can atırlar. Bu barədə Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şibani Əl Ərəbiyyə telekanalına müsahibəsində bildirib.
“Biz Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan balanslaşdırılmış münasibətlər istəyirik”, – telekanal onun bəyanatlarından sitat gətirir. Nazirin sözlərinə görə, Suriya “Rusiyanın siyasi və iqtisadi təsirindən faydalanmağa” çalışır.
