İyun 16, 2026-1:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xocalıda “Haradasınız 13-lər?” kitabının təqdimatı olub

2025:11:18 - 15:00
in SOSİAL
A A

Noyabrın 18-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər?” kitabının təqdimatı olub. Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən müəllif, jurnalist Səriyyə Müslümqızı kitab haqqında məlumat verib. Bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edir. O qanlı gecədə 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da.

Qeyd edilib ki, Xocalıda itkin düşən 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bugünədək məlum deyil. Müəllif kitabda bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

13-lərin doğmaları, şahidlər də çıxışlarında o ağrılı günləri xatırlayıblar.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına çap olunub. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda müəllif dünyanı ədalət məhkəməsində doğru qərar verməyə çağırır. Tədbir iştirakçıları kitabın Xocalı həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

 

 

Əvvəlki Yazı

Qubada Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib 

Növbəti Yazı

Uşaq hüquqları gələcəyin təminatıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.