16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç həyata keçirildi

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə olmaqla 17 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə olmaqla 42 nəfər köçürülüb.

Yeni mənzillərinə yerləşdirilən ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif şəhər və rayonlarında, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə qayıdışı Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində davam etdirilir

Medial
Medial
Medial
Medial