Avqust 13, 2026-16:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xüsusi hazırlıq keçmiş sürücülər üçün test imtahanı təşkil olunacaq

2026:08:05 - 11:55
in SOSİAL
A A

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülər üçün avqustun 6-da imtahan təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1840 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Naxçıvan şəhəri 4 nömrəli orta məktəbdə təşkil olunacaq.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur və bir saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola bilirlər. Nəticələr, həmçinin DİM-in saytına yerləşdirilir.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq xidmət vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. Namizədlər imtahana gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanda taksi minik avtomobillərinin sürücüləri üçün avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 15, sürücülərin etik davranışına dair 5 olmaqla, ümumilikdə 20 tapşırıq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər üçün isə peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 tapşırıq təqdim olunur. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

İştirakçılar “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

Əvvəlki Yazı

Özəl bağçaların yeni maliyyələşmə qaydaları açıqlandı – Ödənişlər aylıq olacaq, 8 min uşağı əhatə edəcək

Növbəti Yazı

Gənc tədqiqatçı: Azərbaycan-Çin elmi və ədəbi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.