İyun 24, 2026-21:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Xüsusi nümayəndə: Xankəndidə bütün məscidlər dağıdılıb

2025:10:13 - 12:17
in GÜNDƏM
A A
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür.

APA xəbər verir ki, bunu Xankəndi şəhərində Qarabağ Universitetində “Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirilib.

E. Yusubov, həmçinin diqqətə çatdırıb ki, işğal dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər.

Qeyd olunub ki, belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi olub: “XIII əsrə aid bu alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi fəaliyyət göstərib. İşğal dövründə abidənin memarlıq quruluşu, interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban yazıları silinib. Məqsəd isə tarixi saxtalaşdırmaq olub. Bu gün işğaldan azad edilmiş ərazilərdə məscidlər. mədəniyyət mərkəzləri, kilsələr yenidən bərpa edilir”.
Əvvəlki Yazı

Nazirlər Kabineti Naftalan nefti ilə bağlı qərar verib

Növbəti Yazı

Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.