Avqust 2, 2026-7:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 

2026:07:31 - 14:27
in MƏDƏNİYYƏT
A A

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci gününün gecə konsertində Özbəkistandan gələn kollektivlər çıxış edib, gecəyə rəng qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar.

Gecə konsertində Özbəkistandan gələn “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunub.

Əvvəlcə səhnəyə Zülfiyyə Uzakovanın bədii rəhbəri olduğu “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının üzvləri çıxıblar. Zülfiyyə Uzakova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, rəhbərlik etdiyi kollektiv bir çox xarici ölkələrdə səfərlərdə olub, səhnələrdə çıxış edib. Lakin dost və qardaş Azərbaycandan dəvət alarkən fərqli bir hiss keçirib, dərhal da ifa edəcəkləri bütün rəqs və musiqiləri yenidən nəzərdən keçirib, çıxışlarda yeniliklər etməyə çalışıblar. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm olduğunu bildirib. “Qəbələdə kollektivin üzvləri özlərini yad hiss etmirlər, Daşkənd səhnəsindəki kimi hiss edirlər. Bunun ilk səbəbi də Azərbaycana ayaq basan andan isti və xoş qarşılanmanın yaratdığı duyğulardır”.

Qeyd edək ki, açıq səma altında keçirilən konsert proqramında “Daşkənd Zebolari” Xalq Rəqs Ansamblı və “Bek” Doyraçılar Ansamblı “Proloq”, “Şodiyona”, “Özbəkistan”, “Quljamol”, “Zavkim kelur”, “Doira zavki”, “Bayot”, “Surxonça”, “Şikildok”, “Rohat”, Milli popuri, “Buxorça”, “Kuş doira”, “Qulizorim”, “Baka-banq”, “Mavriqi”, “Rotalla” və “Surnay ləzgi” musiqi nömrələri ilə çıxış ediblər.

Daha sonra səhnədə özbək, sovet və Türk dünyası estrada musiqisinin görkəmli nümayəndəsi, 1976-cı ildən məşhur “Yalla” vokal-instrumental ansamblına rəhbərlik edən Fərrux Zakirov çıxış edib. Dost və qardaş Azərbaycan xalqını, eləcə də Beynəlxalq Musiqi Festivalı iştirakçılarını salamlayan 80 yaşlı canlı əfsanə sevilən mahnılarını ifa edib. O, çıxışı zamanı Azərbaycan bəstəkarlarının da əsərlərinə müraciət edərək Üzeyir Hacıbəylidən, Rəşid Behbudovdan əsərlər səsləndirib. Bu zaman səhnəni canlandıran, tamaşaçıları ayağa qaldıran Xalq artisti iki dost və qardaş xalqın birliyinin əbədi olduğunu və bunun tarix boyu sarsılmaz qalacağına inamını ifadə edib.

Böyük marağa səbəb olan konsert proqramı tamaşaçıların alqışları ilə başa çatıb.

Əvvəlki Yazı

İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən töhfədir

Növbəti Yazı

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.