Aprel 18, 2026-18:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Yaddaşın bərpası: 1918-ci il hadisələrinə dövlət səviyyəsində verilən tarixi qiymət

2026:03:31 - 13:23
in SİYASƏT
A A

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş, qanla yazılmış bir faciənin simvoludur. Bu günə yalnız anım günü kimi yanaşmamalıyıq, həm də həqiqətin, ədalətin və milli yaddaşın qorunması günü kimi qəbul etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın “31 mart – yaddaşdan silinməyən qanlı tarix” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, 1998-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş Fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə qeyd olunur. Bu qərar uzun illər gizlədilən, üzərinə pərdə çəkilən həqiqətlərin üzə çıxarılması istiqamətində dönüş nöqtəsi olub. Ulu Öndər bu məsuliyyətin miqyasını belə ifadə edirdi: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq… nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Bu çağırış təkcə bir dövr üçün deyil, bütün zamanlar üçün aktual olan milli və mənəvi borca çevrildi.

Müəllif qeyd edir ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycan torpaqları misli görünməmiş vəhşiliklərin şahidi olub. Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı planlı şəkildə qırğınlar törədilib. İnsanlar yalnız etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilib, qadınlar, uşaqlar, qocalar amansızcasına öldürülüb. Yaşayış məntəqələri yandırılıb, şəhərlər dağıdılıb, məscidlər, məktəblər və mədəniyyət abidələri yerlə-yeksan edilib.

Təkcə bir neçə gün ərzində on minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. Şamaxıda minlərlə insan qətlə yetirilib, yüzlərlə kənd məhv edilib. Qubada isə sonradan aşkar edilən kütləvi məzarlıq bu faciənin dəhşətli miqyasını açıq şəkildə ortaya qoydu. Tapılan insan qalıqları üzərindəki işgəncə izləri – küt alətlərlə yetirilmiş zərbələr, başlara vurulmuş mismarlar – bu cinayətlərin necə qeyri-insani şəkildə həyata keçirildiyini sübut edir.

Bu qanlı hadisələrin kökündə mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən millətçi siyasət dayanırdı. Bu ideya uğrunda apaılmış etnik təmizləmə və deportasiya siyasəti nəticəsində minlərlə insan məhv edilib, on minlərlə insan doğma torpaqlarından qovulub. 1918-ci ilin mart hadisələri bu siyasətin ən qəddar və amansız təzahürü kimi tarixə həkk olunub.

Məqalədə vurğulanır ki, bu faciələr sonrakı illərdə də davam edib. 1920-ci illərdə torpaq itkiləri, 1948–1953-cü illərdə deportasiyalar və digər zorakılıq aktları xalqımıza qarşı sistemli siyasətin davamı idi. Lakin bütün bu sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini, tarixini və yaddaşını qoruyub saxlayıb.

E.Akimova diqqətə çatdırır ki, müstəqillik əldə edildikdən sonra bu hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq tariximizin bu qanlı səhifəsinin danılmaz sübutuna çevrilib. Bu faktlar bir daha göstərdi ki, 1918-ci ilin hadisələri təkcə lokal toqquşma deyil, sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu həqiqətləri belə ifadə edib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar… xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”

Bu sözlər tariximizin acı həqiqətlərinin siyasi və tarixi qiymətidir.

31 Mart yalnız keçmişin xatırlanması deyil. Bu gün həm də gələcək qarşısında məsuliyyət günüdür. Bu, şəhidlərimizin xatirəsini yaşatmaq, həqiqətləri dünyaya çatdırmaq və belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparmaq günüdür. Çünki tarix unudulanda təkrar olunur!

Əvvəlki Yazı

Dövlət İdarəçilik Akademiyası Qazaxıstanın bir qrup dövlət qulluqçuları üçün təcrübə proqramına başlayır

Növbəti Yazı

Elm və təhsil nazirinin müavini Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.