Yaponiyanın NTT DATA, Sumitomo Corporation və JA Mitsui Leasing şirkətləri Yaponiyanı regionun bir neçə ölkəsi ilə birləşdirəcək təxminən 8100 kilometr uzunluğunda sualtı kabel çəkmək niyyətindədirlər. Bu barədə NTT DATA-nın saytında məlumat verilib.
Bəyanatda deyilir: “Şirkətlər Yaponiya, Malayziya və Sinqapuru Respublikası Koreya, Filippin və Tayvanla qoşmaları ilə birləşdirəcək genişmiqyaslı sualtı rabitə kabeli çəkəcək və işlədəcəklər”.
Korporasiyanın mətbuat xidməti qeyd edib ki, iştirakçılar layihəni həyata keçirmək üçün birgə “Intra-Asia Marine Networks” adlı yeni bir şirkət yaradacaqlar. Kabelin 16-ya qədər fiber-optik cütü olacaq və saniyədə təxminən 320 terabit ötürmə qabiliyyəti təmin edəcək. Layihənin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır və təxminən 1 milyard dollara başa gələcəyi təxmin edilir. Kabel, digər məsələlərlə yanaşı, regionda təbii fəlakətlər zamanı rabitə şəbəkələrinin etibarlılığını artırmaq üçün lazımdır. (Tass)
