Yaponiya hökuməti Rusiya Federasiyası ilə KXDR arasında iddia edilən hərbi əməkdaşlığa görə əlavə sanksiyalar tətbiq etməyi düşünür. Bu barədə ölkənin xarici işlər naziri Takeşi İvaya məlumat verib.
“Sanksiyalara gəlincə, Yaponiya Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıqla bağlı əlavə sanksiyaları nəzərdən keçirir”, – deyə o bildirib. Onun sözlərinə görə, Tokio bu cür hərəkətləri ABŞ və digər ölkələrlə koordinasiyalı şəkildə həyata keçirir. Sanksiya tədbirlərinin təfərrüatları hazırlanır və daha sonra açıqlanacaq, deyə nazir izah edib. (Tass)
