Beş illik fasilədən sonra bərpa edilən Yaponiyanın Rusiya ilə gənclər mübadiləsinin məqsədi iki ölkə arasında “qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən tədqiqatları dəstəkləməkdir”. Bu barədə TASS müxbirinə Yaponiya-Rusiya Gənclər Mübadiləsi Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, “Yaponiya-Rusiya gənclər mübadiləsi proqramı çərçivəsində gənclər qrant proqramı, Yaponiya və Rusiya arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığın inkişafına töhfə verə biləcək yapon alimləri və digər tədqiqatçılar tərəfindən Rusiyada aparılan tədqiqatları dəstəkləməyi hədəfləyir”.
Yaponiya hakimiyyətinin Rusiyaya səyahət məhdudiyyətlərini yumşaltmaq qərarından sonra bərpa edilən yapon tədqiqatçılarının Rusiyaya göndərilməsi proqramına əlavə olaraq, Yaponiya-Rusiya Mərkəzi Yaponiyada tədqiqat aparmaq istəyən gənc rusiyalı mütəxəssislərdən də müraciətlər qəbul edir. Rusiyalı tədqiqatçılar üçün müraciət sənədlərində həmçinin qeyd olunur ki, “məqsəd Yaponiya və Rusiya arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən tədqiqatları dəstəkləməkdir”.
