Yaponiyanın Baş naziri Sanae Takaiçi iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla şəxsi danışıqlar aparmağa hazırdır. O, bunu milli parlament iclasının başa çatması münasibətilə keçirilən mətbuat konfransında bildirib.
1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsindən danışan Takaiçi bir daha baş nazir vəzifəsində olduğu müddətdə bu məsələni həll etmək istəyini vurğuladı. “Mən qəti şəkildə başa düşürəm ki, vaxt itirməyə dəyməz. Mən səlahiyyət müddətim ərzində irəliləyiş əldə etmək və bu məsələni nəyin bahasına olursa olsun həll etmək istəyirəm. Bu qətiyyətlə, sədr Kim Çen Inla sammit də daxil olmaqla, heç bir variantı istisna etmədən, qaçırılma məsələsini mümkün qədər tez həll etmək üçün səylərimi davam etdirmək niyyətindəyəm”, – deyə o vurğulayıb.
Takaiçi, 2025-ci ilin sonunda hökumət başçısı seçilməsindən dərhal sonra da daxil olmaqla, Kim Çen Inla şəxsi danışıqlara hazır olduğunu bir neçə dəfə bildirib. Həmin vaxt o, Pxenyanın bu məsələ ilə bağlı Yaponiyanın mövqeyindən dərhal xəbərdar edildiyini bildirib. (Tass )
