İyul 1, 2026-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yaşadılan ənənələr və ana dilinə məhəbbət – Kostanay azərbaycanlıları belə yaşayırlar

2026:07:01 - 13:31
in SOSİAL
A A

Onlarla xalqın nümayəndəsinin onilliklər boyu yaşadığı Qazaxıstanın Kostanay vilayətində azərbaycanlıların icması regionun ictimai həyatında ən fəal birliklərdən biridir. İcmanın fəaliyyəti mədəni təşəbbüsləri, işgüzar əlaqələri və Dostluq Evi yanındakı bazar günü məktəbində ana dilinin qorunmasını əhatə edir.

AZƏRTAC xəbər verir ki, Kostanay azərbaycanlıları tarixi Vətənlə sıx əlaqə saxlayır, eyni zamanda, regionda etnoslararası həmrəyliyin möhkəmləndirilməsinə töhfə verirlər.

Kostanay Azərbaycan icmasının nümayəndəsi Allahverdi Hüseynov bildirib ki, Qazaxıstanda məskunlaşan azərbaycanlılar Azərbaycanla əlaqələrini itirmir və qohum-əqrəbalarını görmək üçün müntəzəm olaraq tarixi Vətənə səfər edirlər.

Bu fikri davam etdirən “Birlik” İctimai Birliyinin sədri Rafail Hacıbalayev qeyd edib ki, bu gün Qazaxıstan-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Geniş istiqamətləri əhatə edən iki ölkə arasındakı siyasi əməkdaşlıq dövlət başçıları səviyyəsində fəal şəkildə möhkəmləndirilir. Bununla yanaşı, iqtisadi və mədəni əlaqələr də artan templərlə inkişaf edir.

Öz növbəsində, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Qazaxıstan üzrə koordinatoru Zəka Zəkiyev vurğulayıb ki, azərbaycanlılardan ibarət birliklərin əsasən paytaxtlarda fəaliyyət göstərdiyi bir çox digər ölkələrdən fərqli olaraq, Qazaxıstanda Azərbaycan evləri və icmaları regionlarda, eləcə də kiçik şəhərlərdə də fəal çalışır.

O qeyd edib ki, Kostanay Birliyi Qazaxıstanda ən fəal təşkilatlardan biridir, yerli azərbaycanlı gənclər isə regionun ictimai və mədəni həyatında yüksək fəallıq nümayiş etdirirlər.

İcmanın fəaliyyətini yerli hakimiyyət orqanları da yüksək qiymətləndiriblər. Kostanay vilayəti akimatının İctimai İnkişaf İdarəsinin “İctimai razılıq” dövlət müəssisəsinin rəhbəri Natalya Ramazanova bildirib ki, regionun azərbaycanlı icması ən diqqətəlayiq və çoxşaxəli birliklərdən biridir.

“Etnomədəni birliyin fəaliyyəti Azərbaycan mədəniyyətinin təbliğindən tutmuş xeyriyyəçiliyə və Qazaxıstanda konstitusiya islahatları məsələləri üzrə izahat işləri də daxil olmaqla, ictimai-siyasi proseslərdə iştiraka qədər çoxsaylı istiqamətləri əhatə edir”, – deyə o qeyd edib.

Natalya Ramazanovanın sözlərinə görə, icma milli bayramlara həsr olunan mədəni tədbirləri müntəzəm keçirir və bu layihələr müxtəlif etnosların nümayəndələri arasında böyük maraq doğurur. “Bu il “Ən gözəl xonça” müsabiqəsi də uğurlu keçirilib”, – deyə o əlavə edib.

Bundan əlavə, yerli Dostluq Evindəki Azərbaycan Cəmiyyətinin otağı Kostanay vilayəti azərbaycanlılarının dilinin və mədəniyyətinin qorunmasında mühüm mərkəz rolunu oynayır.

Burada Azərbaycan xalqının tarixini, mədəniyyətini və incəsənətini əks etdirən eksponatlar, habelə Qarabağa həsr olunan ədəbiyyat toplanıb. Cəmiyyətin nəzdində, həmçinin bazar günü məktəbi fəaliyyət göstərir ki, burada da həmvətənlərimiz ana dili ilə bağlı yeni biliklər əldə edirlər.

Əvvəlki Yazı

“İdrak” liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib

Növbəti Yazı

Sabah 35 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.