Xəyanət nədir? Bu başqa insanı seçməkdir.
Yazışma zamanı real hiss və duyğular yaşanır. Fiziki təmas olmasa da bu mücərrəd faktdır. Nəzərə almaq lazımdır ki, insan ancaq bədəndən ibarət deyil. Fikirlə, duyğuyla hətta baxışla xəyanət etmək mümkündür.
Psixoloqların fikrinə görə, yazışma isə artıq kişinin və ya qadının başqa şəxsi axtarmasıdır. O daha “yaxşı” partnyor axtarır. Bu, sadəcə, yazışma deyil. Digər tərəf də, əlbəttə, buna biganə qalmır və eyni məqsədlə yazışmağa başlayır.