Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların növbəti iclası yaxın vaxtlarda keçirilməsi planlaşdırılır. Bu barədə ötən həftənin sonlarında Ermənistanın kurort şəhəri Tsaqkadzorda keçirilən Ermənistan-Azərbaycan dəyirmi masasının iştirakçılarından biri Narek Minasyan Yerevanda keçirilən mətbuat konfransında məlumat verib.
“Yaxın gələcəkdə Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının iclası planlaşdırılır. Əvvəlki iclasın Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclasın çox güman ki, Ermənistanda keçirilməsi planlaşdırılır”, – deyə Ermənistan Şurası Analitik Mərkəzinin ekspert köməkçisi Narek Minasyan bildirib. (Tass)
