ABŞ-ın vitse-prezidenti J.D.Vens İsrailə səfər edib. Bu barədə Ynet portalı məlumat yayıb.
Portal qeyd edir ki, Vens ABŞ-ın vitse-prezidenti təyin edildikdən sonra ilk dəfə yəhudi dövlətinə səfər edir. Oktyabrın 20-də İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan brifinq zamanı Vancenin səfərinin “bir neçə gün” davam edəcəyini açıqlayıb. O əlavə edib ki, vitse-prezidentin İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqları planlaşdırılır. (Tass)
