Cənubi Koreyanın Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Pxenyanda Koreya Fəhlə Partiyasının yaradılmasının 80 illiyi münasibətilə hərbi parad keçirilir.
Yerli vaxtla saat 23:45-ə (Bakı vaxtı ilə 18:45) olan məlumata görə, KXDR paytaxtının Kim İr Sen meydanında parad keçirilirdi.
Sentyabr ayında Cənubi Koreya hakimiyyəti on minlərlə hərbçinin baxışlarda iştirak edə biləcəyini bildirdi.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Vahid Rusiya”nın nümayəndə heyətinə başçılıq edərək bayram tədbirlərində iştirak etmək üçün Pxenyana gəlib. (Tass)
