May 2, 2026-0:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli

2026:05:01 - 12:56
in SOSİAL
A A

Dəyişkən və qeyri-sabit siyasi mühitdə dayanıqlı inkişafı yalnız maddi resurslarla deyil, eyni zamanda, milli kadr ehtiyatı, güclü idarəetmə bacarıqları və perspektivli liderlərin formalaşdırılması ilə müəyyən olunur. Bu baxımdan Azərbaycanda “Yüksəliş” müsabiqəsinin yaradılması dövrün tələblərindən irəli gələn strateji zərurət kimi başa düşülməlidir. Sürətlə dəyişən sosial, siyasi, iqtisadi və texnoloji reallıqlar fonunda dövlət və cəmiyyət üçün yeni düşüncəyə malik, çevik qərarvermə bacarığı olan, yüksək intellektə sahib dürüst kadrların seçilməsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu obyektiv zərurət “Yüksəliş” müsabiqəsini sadəcə rəqabət platforması deyil, milli kadr potensialının inkişafına xidmət edən mühüm institusional mexanizmə çevirmişdir.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, “Yüksəliş” müsabiqəsinin ən mühüm cəhətlərindən biri onun hüquqi-siyasi legitimliyidir. Hüquqi-siyasi legitimlik hər hansı seçim mexanizminin davamlılığı üçün əsas şərtdir. “Yüksəliş” bu baxımdan situativ və ya müvəqqəti xarakterli layihə deyil, dövlətin insan kapitalı siyasətinə inteqrasiya olunmuş sistemli təşəbbüsdür. Bu xüsusiyyət onun həm ictimai nüfuzunu artırır, həm də iştirakçılar üçün müsabiqənin nəticələrinin real institusional dəyərə malik olduğunu göstərir.

“Yüksəliş” müsabiqəsinin ikinci əsas üstünlüyü meritokratiya və şəffaf seçim prinsiplərinə söykənməsidir. Müasir idarəetmədə uğurun əsas meyarı şəxsi əlaqələr və formal status deyil, bilik, bacarıq, analitik düşüncə, liderlik keyfiyyətləri və idarəetmə səriştəsidir. “Yüksəliş” məhz bu meyarlar üzərində qurulmaqla istedadlı və perspektivli şəxslərin seçilməsinə imkan yaradır. Çoxmərhələli seçim mexanizmi iştirakçıların müxtəlif bacarıqlarını qiymətləndirməyə, nəticələrin obyektivliyini təmin etməyə və ümumi prosesə etimadı gücləndirməyə xidmət edir. Şəffaflıq prinsipi isə müsabiqəni ictimai baxımdan qəbul olunan və nümunəvi modelə çevirir. Şəffaf seçim isə güclü idarəetmənin təməlidir.

Hüquqi və institusional baxımdan “Yüksəliş”in üstünlükləri daha geniş məna daşıyır. Bu müsabiqə idarəetmədə bərabər imkanların təşviqi, sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr seçiminin sistemləşdirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, mentorluq mexanizmi, fərdi inkişaf proqramları və qaliblərin peşəkar şəbəkələrlə əlaqələndirilməsi bu platformanın təkcə seçim yox, həm də inkişaf institutu olduğunu göstərir. Beləliklə, “Yüksəliş” ölkədə müasir idarəetmə mədəniyyətinin güclənməsinə, dövlət və özəl sektorda yeni nəsil liderlərin formalaşmasına mühüm töhfə verir.

Nəticədə, “Yüksəliş” müsabiqəsi Azərbaycanda yalnız perspektivli şəxslərin seçilməsi mexanizmi deyil, eyni zamanda milli kadr siyasətinin institusional ifadəsi kimi Azərbaycanın gələcək idarəetmə simasını formalaşdıran strateji təşəbbüsdür. Bu təşəbbüs hüquqi-siyasi legitimlik, meritokratik yanaşma, şəffaf seçim və davamlı inkişaf prinsiplərini özündə birləşdirərək müasir idarəetmə modelinin formalaşmasına real töhfə verir. “Yüksəliş”in əsas fərqləndirici cəhəti yalnız ən layiqli şəxsləri müəyyən etməsində deyil, həmin şəxslərin idarəetmə mədəniyyətinə, dövlətçilik düşüncəsinə və peşəkar kadr mühitinə real töhfə verə biləcək şəkildə formalaşdırılmasındadır. Məhz bu baxımdan müsabiqə dövlətin kadr ehtiyatının gücləndirilməsi, idarəetmədə keyfiyyətli insan resurslarının önə çəkilməsi və institusional etimadın möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Gələcəkdə “Yüksəliş”in təsir dairəsinin daha da genişlənməsi onun təkcə müsabiqə kimi deyil, Azərbaycan Respublikasının idarəetmə gələcəyini formalaşdıran strateji milli model kimi mövqeyini daha da gücləndirəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Əvvəlki Yazı

Azərbaycanda balıq ovu qadağan edildi

Növbəti Yazı

BSU Azərbaycan dilinin tədrisində sistemli fəaliyyət həyata keçirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.