İyun 11, 2026-22:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

2026:06:11 - 14:34
in SİYASƏT
A A

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun üzvləri iyunun 8-10-da Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “e-Assessment Association” təşkilatının illik konfransında iştirak ediblər.

İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq qiymətləndirmə sahəsində aparıcı qurumları, ekspertləri və texnologiya şirkətlərini bir araya gətirən bu konfrans innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl yanaşmaların müzakirə olunduğu nüfuzlu platformalardan biridir.

Konfrans çərçivəsində “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun üzvləri müxtəlif sessiyalarda iştirak edərək qiymətləndirmə proseslərində şəffaflıq və etimadın gücləndirilməsi, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq təcrübəni yaxından izləyiblər.

Müzakirələr zamanı vurğulanıb ki, müasir qiymətləndirmə modellərində texnologiya artıq yalnız dəstək aləti deyil, eyni zamanda, qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu yanaşma qiymətləndirmə sistemlərində obyektivliyin və effektivliyin artırılması baxımından yeni imkanlar yaradır.

Konfrans çərçivəsində əldə olunan təcrübə “Yüksəliş” müsabiqəsində tətbiq olunan qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 2025-ci ildə “e-Assessment Association” tərəfindən təşkil olunan “e-Assessment Awards” müsabiqəsində “Ən yaxşı transformasiya layihəsi” (Best Transformation Project) kateqoriyası üzrə finalçı olub. Bu uğur müsabiqə çərçivəsində tətbiq olunan qiymətləndirmə modelinin beynəlxalq standartlara uyğunluğunu və innovativ yanaşmaların effektivliyini bir daha nümayiş etdirir.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun beynəlxalq platformalarda davamlı iştirakı qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə yanaşı, Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin qlobal müstəvidə tanıdılmasına da töhfə verir.

Əvvəlki Yazı

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yeni regional düzənin formalaşdırılmasına hesablanıb

Növbəti Yazı

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.