İyun 10, 2026-6:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zərdabda barama təhvilinə başlanılıb – tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

2026:06:09 - 15:56
in İQTİSADİYYAT
A A

Zərdab rayonunda ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər öz nəticəsini verməkdədir. Rayonda 2026-cı ilin məhsulu üzrə barama təhvilinə start verilib və ilkin nəticələr cari ildə də yüksək məhsuldarlığın əldə olunacağını göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərdə dövlət dəstəyi nəticəsində baramaçılığın inkişafı davamlı xarakter alıb. Belə ki, rayon üzrə 2016-cı ildə 5 ton 710 kiloqram yaş barama tədarük edilmişdisə, 2025-ci ildə bu rəqəm 32 tondan çox olub. Zərdab respublika üzrə ən yüksək göstəricilərə nail olan bölgələrdən biri kimi tanınıb.

Cari ildə də kümçülərin yüksək məhsul əldə etməsi üçün zəruri tədbirlər görülüb. İpəkqurdu toxumu vaxtında rayona gətirilərək kümçülər arasında paylanılıb. İpəkqurdlarının bəslənməsi dövründə onların saxlanma şəraiti və yemlə təminatı daim diqqət mərkəzində saxlanılıb. Görüşlər zamanı kümçülərlə söhbətlər aparılıb, onların qarşılaşdıqları məsələlər öyrənilib, yem bazasının vəziyyəti araşdırılıb və ipəkqurdlarının itkisiz yetişdirilməsi üçün müvafiq tövsiyələr verilib.

Rayonda artıq yaş barama qəbuluna start verilib. Kümçülərin yetişdirdiyi məhsul yüksək keyfiyyəti ilə seçilir. Cari mövsümdə də tədarük həcminin ötən illərdəki kimi yüksək olacağı gözlənilir.

Əvvəlki Yazı

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

Növbəti Yazı

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.