Hazırkı mürəkkəb qlobal şərait gömrük siyasətində daha çevik və tənzimləyici yanaşmaları zəruri edir.
“Report” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında – “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, söhbət xüsusilə İranla savaşın transmilli logistik kampaniyaları və təchizat zəncirlərini əhatə etməsidən gedir.
“Rusiya-Ukrayna müharibəsinin alternativ ticarət yollarına ehtiyacı artırması gömrük orqanlarının fəaliyyətini yalnız nəzarət funksiyası ilə məhdudlaşdırmır. Nəhayət, regionda yeni iqtisadi imkanlar formalaşır. Azərbaycan kommunikasiya xətlərinin açılması və Ermənistanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması ərəfəsindədir. Ağbənd keçid məntəqəsi gələcəkdə mühüm ticarət qovşaqlarından birinə çevriləcək. Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq. Belə şəraitdə gömrük siyasəti sülh müqaviləsini yaxından izləyən iqtisadi sinir sisteminə çevrilə bilər”, – deyə o qeyd edib.
