Noyabrın 24-də Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti hüquqi yardım aksiyası təşkil edilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zaqatala rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Zaqatala rayon icra və probasiya şöbəsində qeydiyyatında olan 9 şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq pulsuz hüquqi yardımların göstərilməsi davam etdirilir.
