Avropanın davam edən sülh danışıqlarına baxmayaraq, Kiyevə silah tədarük etmək niyyəti ilə bağlı açıqlamaları onun Ukraynada sülh istəmədiyini göstərir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat bildirib ki, “İndi onlar sülh danışıqlarına baxmayaraq, Kiyev rejimini silahla təmin edəcəklərini deyirlər. Bu, onların yalnız bir şeyi düşündüklərini göstərir: qırğını davam etdirmək, hibrid müharibəni davam etdirmək”.
Zaxarovanın sözlərinə görə, bu baxımdan onların hər biri öz problemlərini həll edir: bəziləri oğurluq edir, bəziləri qətl etməkdən zövq alır, bəziləri isə seçicilərinə vəziyyətin niyə belə olduğunu və bu problemlərin haradan qaynaqlandığını izah edirlər.
