Xarici qüvvələrin Xəzər regionunun işlərinə müdaxiləsi yolverilməzdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində deyib: “Xəzər problemlərinin uğurlu həlli onların “beşlik” tərəfindən həllinin əsas prinsipidir. Bu, Xəzəryanı dövlətlərin birgə çiçəklənməsinin qarantıdır. Digər vacib şərt Xəzərin işlərinə kənar müdaxilənin qarşısının alınmasıdır”.
Zaxarova xatırladıb ki, Xəzər dənizi həmişə bir çox xarici güclər üçün arzuolunan olub. “XV əsrdən ingilislər burada sözün əsl mənasında qarət etdilər, sonra digər Qərb ölkələri öz pirat şxunerlərini Xəzərin dinc sularına göndərməyə çalışdılar, bizim ümumi xəzinəmizi müstəmləkə etməyə çalışdılar”, o qeyd edib.
Diplomatın sözlərinə görə, Xəzər regionunda sülhün təməl daşı Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasıdır. “Bu sənəd Xəzər dənizi ilə bağlı məsələlərin həllində yalnız beş Xəzəryanı dövlətin müstəsna səlahiyyətə malik olması barədə razılaşmanı qeyd edir”, – Zaxarova bu sənədi Xəzərin “konstitusiyası” adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin qeyd etdiyi kimi, keçmişdə region ölkələrinin rəhbərlərinin müdrikliyi “məhz bu dəniz gölünü bizim ümumi evimizə çevirməyə imkan verdi”. “Bu xətti saxlamaqda davam etmək vacibdir”, – Zaxarova yekunlaşdırıb. (Tass)
