Vladimir Zelenski Kiyevdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Bu barədə Zelenskinin Telegram kanalında yerləşdirilən mesajda bildirilib.
Görüşdə tərəflər “yüksək səviyyəli diplomatik əlaqələri, müdafiə sahəsində əməkdaşlığı, enerji, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə ediblər”. Zelenski əlavə məlumat verməyib. (Tass)
