Vladimir Zelenski Ukrayna nümayəndə heyətinin Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə danışıqlar aparmağa hazır olduğunu bildirib.
“Biz ABŞ-ın, Amerikanın Amerikanın istənilən yerində, Avropada və ya neytral ölkənin – Rusiya və Belarusdan başqa istənilən ölkədə görüşmək təkliflərini dəstəkləməyə hazırıq. Mayamidə və ya Əbu-Dabidə olmağının bizim üçün fərqi yoxdur. Əsas məsələ nəticə əldə etməkdir”, – deyə o, ukraynalı jurnalistlərə bildirib.
Daha əvvəl Times of Ukraine Telegram kanalı adı açıqlanmayan mənbələrə istinadən Ukrayna nümayəndə heyətinin Rusiya paytaxtında nizamlama danışıqları aparmaq üçün Moskvaya səfər edə biləcəyini bildirmişdi.
