Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarındakı problemləri etiraf etdi və “Skala” alayında yüksək ölüm nisbətləri və səfərbər olunmuş şəxsi heyətin sui-istifadəsi ilə bağlı qalmaqal fonunda onların yenidən təşkil olunduğunu elan edib.
Zelenski özünün Telegram kanalında yayımlanan videomüraciətdə bildirib ki, “Hücum qoşunlarında zəruri transformasiya baş verəcək. Əsasən şəxsi heyətlə bağlı həll edilməli olan bir çox məsələ və problem var. Hüquq-mühafizə orqanları prosedur tədbirləri görür. Hücum qoşunlarının komandanlıq səviyyəsində də dəyişikliklər olacaq”.
Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələri daxilində briqada generalı Dmitri Voloşinin rəhbərlik edəcəyi Birgə Sürətli Reaksiya Qüvvələrinin, eləcə də “uzunmənzilli təsir komandanlığının” yaradılması haqqında fərman imzaladığını açıqladı. Müvafiq fərmanlar daha sonra Zelenskinin veb saytında dərc edilib. Sənədlərə görə, o, Nazirlər Kabinetinə və hərbçilərə qüvvə və komandanlığın yaradılması üçün “tədbirlər həyata keçirməyi” tapşırıb. (Tass)
