Vladimir Zelenskinin təyyarəsi bir neçə xarici səfərdən sonra Polşaya qayıdıb. Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Təyyarə çərşənbə axşamı gecəsi Kişinyovdan Krakova uçub. Tallinn şəhərində Zelenskinin də qatıldığı sammit baş tutub.
Varşava ilə Kiyev arasında yeni gərginlik Zelenskinin 26 mayda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin Şimal Xüsusi Əməliyyat Mərkəzinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adını verməsindən sonra yaranıb. Bu qərar Polşada qəzəbə səbəb olub. Polşanın keçmiş prezidenti Lex Valensa bildirib ki, Zelenski “UPA quldurlarını şərəfləndirməklə” “bütün öldürülmüş” polyakları təhqir edib. Valensa bu qərardan sonra Zelenskini dəstəkləməyə davam etməkdən imtina edib. Polşa Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar Ukraynanın Varşavadakı səfiri Vasil Bodnarı çağırıb və narahatlığını bildirib. Polşa prezidenti Karol Navrotski Zelenskinin respublikanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsini təklif edib.
Polşa hakimiyyətinin nümayəndələri, o cümlədən Milli Xatirə İnstitutu, vaxtaşırı olaraq Kiyevin Böyük Vətən Müharibəsi zamanı qərbi Ukraynada 100.000-dən çox polyakın ölümünə səbəb olan banderitləri tərifləməsindən qəzəblərini ifadə edirlər.(Tass)
