May 31, 2026-11:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əcnəbilərin Azərbaycanda əmək fəaliyyətinə cəlb edilməsi üçün portal yaradılıb

2025:11:13 - 11:23
in SİYASƏT
A A
Yüksəkixtisaslı əcnəbilərin Azərbaycanda əmək fəaliyyətinə cəlb edilməsi üçün portal yaradılıb.

“Report” xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən təqdimatı keçirilən proqramın əsas məqsədlərinin müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaq olduğu bildirilib.

DMX rəisi Vüsal Hüseynov mərasimdəki çıxışında portal haqqında məlumat verərək bildirib ki, proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər:

“Portal “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının (your Path to Azerbaijan for Success Story) abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur. Qeyd edək ki, “pass” həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən terminologiya kimi istifadə olunan ifadədir. Portal Azərbaycan dili ilə yanaşı türk, ingilis və rus dillərində də fəaliyyət göstərir”.

Xidmət rəisi vurğulayıb ki, müraciətləri müsbət cavablandırılan və yüksəkixtisaslı miqrant statusu əldə edən əcnəbilərə Azərbaycanda yaşama və əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı bir sıra güzəştlər tətbiq edilir:

“Portal Azərbaycanda fəaliyyət göstərən sahibkarlara da yeni imkanlar yaradır – işəgötürənlər qeydiyyatdan keçərək ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislər barədə sorğu verə və məlumatları əldə edə bilərlər”.

Qeyd edək ki, “Yüksəkixtisaslı miqrant proqramı” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilib.

Əvvəlki Yazı

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

Növbəti Yazı

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.