May 31, 2026-11:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

2025:11:13 - 11:03
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çin Xalq Respublikasının Çendu və Şençjen şəhərlərində “İnkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi sahəsində standartlaşdırmanın gücləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikası Ticarət Nazirliyi, Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası, Beynəlxalq Rəsmi Şəxslər üçün Akademiya (AIBO) və Çendu Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi Çin və inkişaf etməkdə olan ölkələr arasında iqlim dəyişikliyinə uyğunlaşmanın artırılması və əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

Seminar zamanı Çinin yaşıl məhsul sertifikatlaşdırma sistemi və inkişaf etməkdə olan ölkələrdə iqlimə uyğunlaşma imkanlarını asanlaşdıran “Bir kəmər, bir yol” təşəbbüsü, iqlim dəyişikliyi sahəsində tətbiq edilən avtomobil standartları, plastik materialların əvəzlənməsi üçün bambu məhsullarının istehsalının artırılması, beynəlxalq standartlaşdırmanın əsasları və inkişaf strategiyaları barədə məlumat verilib. Həmçinin karbon izi etiketinin sertifikasiyası üzrə pilot layihə, iqlim dəyişikliyinə adaptasiya ilə bağlı qaydalar, texniki standartlaşdırma sistemi və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan əlavə, iqlim dəyişikliyi sahəsində texnologiyaların təsnifatı, xüsusiyyətləri, hazırkı inkişaf vəziyyəti və tətbiq olunan standartlar barədə fikir mübadiləsi aparılıb.

Seminarın praktiki hissəsi sual-cavab sessiyası ilə davam etdirilib, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Əvvəlki Yazı

Gələn il KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

Növbəti Yazı

Əcnəbilərin Azərbaycanda əmək fəaliyyətinə cəlb edilməsi üçün portal yaradılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.