Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Ustad dərsində professor Afiq Bərdəli Ailəvi Aralıq dənizi qızdırmasının əsasən regionda yayılmış genetik xəstəliklərdən biri kimi iltihabla müşayiət olunduğunu, təkrarlanan qızdırma tutmaları ilə özünü göstərdiyini deyib. Diqqətə çatdırıb ki, bu xəstəlik immun sisteminin anadangəlmə düzgün işləməməsi nəticəsində yaranır və bədənin öz toxumalarına qarşı həddindən artıq reaksiya verməsi ilə müşahidə olunur. FMF qızdırma epizodları qarın ağrısı, dəri səpkiləri və ümumi halsızlıq kimi əlamətlərlə ortaya çıxır. Xəstəlikdən ən çox təsirlənən orqanlar qarın boşluğu (periton), ağciyər plevrası, oynaqlar, böyrəklər və dəridir. Professor xəstəliyin yayılma coğrafiyası, simptomatik inkişaf xüsusiyyətləri, qarşısının alınması yolları ilə bağlı fikirlərini bölüşüb.
