Aprel 26, 2026-8:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

SABAH qruplarında elmi və innovativ mühitin genişləndirilməsi hədəflənir

2026:03:03 - 12:01
in SOSİAL
A A

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov SABAH qruplarında təhsil alan Aqronomluq və Mühəndislik fakültəsinin bir qrup tələbəsi ilə görüşlər keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə SABAH qruplarının tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilib ki, SABAH qruplarının əsas məqsədi yüksək akademik göstəricilərə malik, analitik düşüncə qabiliyyəti və praktik bacarıqları ilə seçilən mütəxəssislərin hazırlanmasıdır. Bu baxımdan, tələbələrin təşəbbüskarlığının dəstəklənməsi, startap və innovasiya layihələrinə cəlb edilməsi, eləcə də xarici təcrübə proqramlarında iştirak imkanlarının artırılması prioritet istiqamətlərdən hesab olunur.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və təşəbbüsləri dinlənilib.

Sonda rektor diqqətə çatdırıb ki, universitet rəhbərliyi tələbəyönümlü idarəetmə prinsiplərinə sadiqdir və təhsilin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcək.

Əvvəlki Yazı

Ailəvi Aralıq dənizi qızdırması xəstəliyinin coğrafiyası – ustad dərs

Növbəti Yazı

İstilik enerjisi tarifləri və ictimai nəqliyyatda islahatlar üzrə yeni təkliflər irəli sürülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.