İyul 11, 2026-2:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”

2026:07:10 - 13:00
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində yeni “Mühəndislikdə idarəetmə” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Mühəndislik fakültəsində tədris olunacaq ixtisaslaşmanın əsas məqsədi mühəndislik layihələrinin planlaşdırılması, resursların səmərəli idarə edilməsi, risklərin qiymətləndirilməsi və keyfiyyətin təmin edilməsi sahələrində nəzəri biliklərə və praktik bacarıqlara malik mütəxəssislər hazırlamaqdır.

Təhsil proqramı mühəndislik və idarəetmə sahələrini inteqrasiya etməklə magistrantlarda layihələrin səmərəli təşkili, strateji qərarların qəbulu, komandaların koordinasiyası və innovativ həllərin tətbiqi üzrə peşəkar səriştələrin formalaşdırılmasına yönəlib. Proqramın məzunları texniki biliklərini idarəetmə bacarıqları ilə birləşdirərək sənaye, tikinti, enerji, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə layihə və proseslərin idarə edilməsi, eləcə də rəhbər vəzifələrdə fəaliyyət göstərmək imkanı qazanacaqlar.

Tədris proqramının ilk mərhələsində tələbələr mühəndislik və idarəetmə üzrə fundamental biliklərə yiyələnəcəklər. Sonrakı mərhələdə isə ixtisas üzrə əsas fənlər tədris olunacaq. Təhsil müddətində magistrantlar istehsalat təcrübəsi keçəcək, eləcə də magistrlik dissertasiyası hazırlayacaqlar.

Tədris prosesi layihəyönümlü və probleməsaslı təlim, keys metodu, innovativ təhsil texnologiyaları və digər müasir yanaşmalar əsasında təşkil ediləcək.

İxtisaslaşma çərçivəsində magistrantlara mühəndislik iqtisadiyyatı, müəssisələrdə insan resurslarının idarə edilməsi, mühəndislik etikası, texnoloji avadanlıqların idarə edilməsində erqonomika və texniki dizayn, tədqiqat metodları, mühəndislik layihələrinin idarə edilməsi, texnoloji proseslərin optimallaşdırılması, istehsal və əməliyyatların idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, keyfiyyət və risklərin idarə olunması, strateji idarəetmə, qənaətli istehsal sistemləri və digər ixtisas fənləri tədris ediləcək.

Proqram çərçivəsində magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübə keçmələri də nəzərdə tutulur.

Əvvəlki Yazı

“Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin diaxronik-dialektoloji tədqiqi” – yeni dərs vəsaiti

Növbəti Yazı

Bakıda “Media və dekolonizasiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.