İyul 15, 2026-16:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib

2026:07:14 - 12:20
in İQTİSADİYYAT
A A

“Expressbank” Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün Xankəndi şəhərinə mediatur təşkil edib.

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda keçirilən səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində reallaşdırılan investisiya layihələrini və “Expressbank”ın bu prosesə verdiyi maliyyə dəstəyini media nümayəndələrinə yerində təqdim etmək olub.

Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə “Expressbank” tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş “GP Safety” MMC – İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.

Ziyarət zamanı media nümayəndələrinə müəssisənin istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, bu kimi layihələr regionda yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və iqtisadi fəallığın artırılmasına xidmət etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir.

Müəssisə ilə tanışlıqdan sonra bank əməkdaşları və media nümayəndələri nahar süfrəsi ətrafında toplaşıblar. Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər. Zəfər Parkına səfər media nümayəndələrinə ölkənin tarixi qələbəsinin rəmzlərindən biri ilə yanaşı, regionda aparılan genişmiqyaslı yenidənqurma işlərini də yerində müşahidə etmək imkanı yaradıb.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.Azərtac.

Əvvəlki Yazı

Balakən DAİM-in rəsmisi: Məqsəd taxılçılıqda məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

Növbəti Yazı

 “AzInTelecom” nümayəndələri İsmayıllıda həssas qrupdan olan uşaqlarla görüşdü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.