İyul 15, 2026-17:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Balakən DAİM-in rəsmisi: Məqsəd taxılçılıqda məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

2026:07:14 - 12:00
in İQTİSADİYYAT
A A
Son illərdə Azərbaycanda azad sahibkarlıq mühitinin formalaşdırılması və biznes fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan sistemli addımlar, habelə uğurla icra olunan dövlət proqramları milli iqtisadiyyatın şaxələndirilməsində və sosial-iqtisadi tərəqqinin dinamikliyinin qorunmasında həlledici rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində bu gün ölkəmizdə fəaliyyət göstərən sahibkarlar hərtərəfli mənəvi, siyasi və iqtisadi dəstəklə əhatə olunublar. Bölgələrdə müasir sənaye parklarının, yeni zavod, fabrik və digər emal müəssisələrinin ardıcıl şəkildə fəaliyyətə başlaması regionlarda məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməklə yanaşı, rayonların daxili istehsal potensialından və xammal bazasından səmərəli istifadə mexanizmlərini tam gücü ilə hərəkətə gətirir.

Balakən rayonunun fermerləri dövlət başçısının çıxışlarından və kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş son Dövlət Proqramından irəli gələn məsələləri müzakirə edib, fəaliyyətlərini bu istiqamətdə yenidən qurmağa çalışırlar.

Rayonun aqrar sektorunda taxılçılıq mühüm yer tutur. Ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə vermək baxımından fermerlər taxılçılığa son illər daha çox maraq göstərir, əkin sahələrini genişləndirirlər. Elə bu məqsədlə builki məhsul üçün rayonda 1207 hektar sahədə taxıl əkilib. Qeyri-sabit hava şəraitinə baxmayaraq, arpa biçini artıq başa çatdırılıb. Hazırda taxıl sahələrində biçin prosesi davam etdirilir.

Məhəmməd Hacıyev Balakənin ən iri taxılçılıq təsərrüfatlarından birinə rəhbərlik edir. Bildirir ki, bu il hava şəraiti qeyri-sabit keçib, güclü leysan yağışlarından sonra əraziləri sel basıb. Lakin fermer bütün aqrotexniki qaydalara vaxtında əməl etdiyi üçün sahələrdə bol məhsul yetişib.

Fermer qeyd edir ki, əvvəlki illərdə taxıl biçinini daha tez başa çatdırardı, bu il isə proses ləngiyib: “Sahələri sel basdı, eyni zamanda, yağan mütəmadi yağışlar biçin prosesinə təsir etdi. Bu il 105 hektarda taxıl əkmişik ki, bunun da 81 hektarını arpa təşkil edir. Ötən il arpa sahələrindən hər hektara 35-40 sentner məhsul götürmüşdük. Bu il isə yaxınlığımızdakı Ulğam çayının daşması nəticəsində əkinlərimizi sel basdı. Bu səbəbdən məhsuldarlıq bir qədər az oldu. Onu da qeyd edim ki, əkin sahələrimizi sığorta etdirmişik. Aqrar Sığorta Fondunun nümayəndələri artıq əraziyə baxış keçirərək ziyanı qeydə alıblar”. Məhəmməd Hacıyev, həmçinin müasir taxılbiçən kombayn və digər lazımi texnikalara sahib olduğunu, işlərini tez bir zamanda tamamlamağı planlaşdırdığını bildirib.

Yazın ilk günlərindən bəri havaların yağışlı keçməsinin aqrar sektorun bir çox sahəsinə, o cümlədən taxıl biçininə mənfi təsir göstərdiyini deyən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini icra edən Elvin Səmədov vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, məhsulu tam və itkisiz yığmağa çalışırlar.

“Balakən rayonunda 2026-cı ilin məhsulu üçün 1207 hektarda taxıl əkilib. Əkilən taxılın 402 hektarı buğda, 805 hektarı isə arpa bitkisidir. Arpanın məhsuldarlığı 30-35 sentner, buğdada isə 38-40 sentnerdir. Fermerlərimiz əsasən hibrid toxumlara üstünlük verirlər. Məqsədimiz kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına əsasən builki taxılçılıqda məhsuldarlığı hər hektara 50 sentnerə çatdırmaqdır”, – deyən Elvin Səmədov rayondakı iri fermer təsərrüfatlarının əksəriyyətinin əkinlərini sığorta etdirdiklərini və sel sularına məruz qalan ərazilərə artıq baxış keçirildiyini də vurğulayıb.

Balakən DAİM-in rəsmisi onu da əlavə edib ki, fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə subsidiya, güzəştli kredit və digər maliyyə dəstəyi mexanizmlərinin tətbiqi nəzərdə tutulur: “Bununla yanaşı, yüksək məhsuldarlığa malik toxum sortlarından istifadənin artırılması, aqrotexniki xidmətlərin gücləndirilməsi və müasir kənd təsərrüfatı texnikalarının tətbiqi də əsas istiqamətlər sırasındadır. Taxıl silolarının və logistika infrastrukturunun inkişaf etdirilməsi də yeni Dövlət Proqramının mühüm istiqamətlərindən biridir. Bu tədbirlər məhsul itkilərinin minimuma endirilməsinə, saxlama imkanlarının genişləndirilməsinə və fermerlərin bazarlara daha rahat çıxış əldə etməsinə şərait yaradacaq”.

Xatırladaq ki, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, buğda məhsuldarlığının ixtisaslaşmış rayonlarda 50 sentner/hektara çatdırılması, buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması planlaşdırılır. Elvin Səmədovun qənaətinə görə, yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyacaq. Bu, ilk növbədə, kənd yerlərinin sosial rifahını gücləndirəcək və regionların balanslı inkişafına xidmət edəcək. Digər tərəfdən, məhsuldarlığın artırılması ölkədə ərzaq təhlükəsizliyinə, daxili bazarda bolluğa və kənd təsərrüfatı məhsullarının əlçatanlığına kömək edəcək.

Əvvəlki Yazı

Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib

Növbəti Yazı

Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.