İyul 23, 2026-0:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Rəssam Nəcəfqulu İsmayılovun yaradıcılığında Natəvan obrazı və Qarabağ motivləri

2026:07:22 - 17:56
in MƏDƏNİYYƏT
A A

Azərbaycan rəngkarlığında Xurşidbanu Natəvan obrazına həsr olunmuş əsərlər sırasında Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun əsərləri xüsusilə seçilir. Rəssam bu tarixi şəxsiyyəti daha çox Qarabağ təbiəti və milli-mədəni mühitlə vəhdətdə təqdim etməyə üstünlük verib.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.

O diqqətə çatdırıb ki, Nəcəfqulu İsmayılovun “Xurşidbanu Natəvanın portreti” (1981) əsəri Natəvan obrazını Qarabağ təbiəti ilə üzvi şəkildə birləşdirən maraqlı nümunələrdən biridir. “Rəssam Natəvanı açıq havada, bağ mühitində təsvir etmişdir. Arxa planda dağlar, ağaclar, fəvvarə və tovuzquşu görünür. Bu elementlərin hər biri xüsusi məna daşıyır. Tovuzquşu Şərq mədəniyyətində gözəllik, zənginlik və mənəvi kamillik rəmzi hesab olunur. Natəvanın yaxınlığında yerləşdirilməsi onun yüksək mənəvi keyfiyyətlərini vurğulayır. Əlində məktub və ya vərəqin olması şairənin yaradıcılıq fəaliyyətinə işarədir. Sanki o, yeni şeir üzərində düşünür və ya ilham mənbəyini təbiətdən alır. Əsərin rəng həllində açıq mavi və yaşıl tonlar üstünlük təşkil edir. Bu rənglər Qarabağın təbiət gözəlliklərini və əsərin romantik ovqatını gücləndirir”,- deyə A.Xəlilov əlavə edib.

Əvvəlki Yazı

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

Növbəti Yazı

Çexiya ilə enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.