16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Çexiya ilə enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edildi

Çex Respublikası ilə enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

“Çex Respublikasının aqrar-sənaye sahəsində ixtisaslaşmış “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşdə bu ölkə ilə biznes əlaqələrini, ölkəmizin investisiya potensialını və işgüzar müstəvidə birgə fəaliyyətin təşkili məsələlərini vurğuladıq. Aqrar-sənaye, kimya sənayesi və enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik,” – deyə nazir bildirib.